Məşhur azərbaycanlı fotojurnalist vəfat edibbackend

Məşhur azərbaycanlı fotojurnalist vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur fotojurnalist Fərid Xayrulin vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə mərhumun yaxınları məlumat veriblər.

Qeyd edək ki, tatarəsilli Fərid Xayrulin 1956-cı ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Jurnalistlər İttifaqının, Azərbaycan Rəssamlar İttifaqının, “Azərbaycanın Fotoqrafları” yaradıcı birliyinin, Azərbaycan Memarlar İttifaqının üzvü idi.

Fərid Xayrulin erməni millətçilərinin Dağlıq Qarabağda törətdikləri terror aktları barədə məlumat təqdim edən ilk fotomüxbirdirş O, Ağa körpüsünün, Şuşa yolunda avtobusun partladılması və başqa faciəvi hadisələr, eləcə də 1990-cı il 20 yanvar faciəsini xarici agentliklərə-AP, France-Presse, Gamma, Sipa, Reuters-ə çatdırıb.

21 iyul 2010-cu il tarixində prezidentin sərəncamı ilə Xayrulin Fərid Həbibulla oğluna “Əməkdar Mədəniyyət İşçisi” adı verilib.