Polis tərəfindən saxlanılan reper Əkbər Novruzlu (Epi) həbs olunub.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bununla bağlı məhkəmə qərar verib.
O, İnzibati Xətəalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 510-cu (Xırda xuliqanlıq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs edilib.
