Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindəki kolxoz bazarındayıq.
NOCOMMENT.az xəbər verir ki, APA TV-nin qaynar xəttinə daxil olan məlumat əsasında kolxoz bazarının söküləcəyini, heç bir xəbərdarlıq olunmadan bazarın köçürüləcəyini deyirlər. Məsələnin mahiyyətini həm alıcı, həm də satıcılardan soruşulub.
Satıcılar deyir ki, bura sökülsə nə edək, hara gedək bilmirik. Heç olmasa, bizə vaxt və yer versinlər. Onların sözlərinə görə, heç kim dəqiq bir məlumat vermir.
Satıcılar bildirir ki, əgər bu dövlət tədbiridirsə, izah eləsinlər, yol göstərsinlər, biz də anlayaq: “Buranı əlimizin zəhməti ilə düzəltmişik. Hər iki-üç adam gəlir ki, veş-vüşünü götür çıx. Baxır, o xırda mağazaları belə özümüz səliqəyə salmışıq. Səliqə, sahman öz yerində, alıcı razı, satıcı razı, kimə mane oluruq ki?”