Böyük Britaniyada Bləkpul şəhərində məşhur Blackpool Tower-də yanğın baş verib.
NOCOMMENT.az xəbər verir ki, Bu barədə BBC öz sosial şəbəkələrində məlumat yayıb.
“Blackpool qülləsi yanır, altı yanğınsöndürən maşın məşhur abidənin üstündəki yanğını söndürür”, – deyə məlumatda qeyd edilib.
Parisdəki Eyfel qülləsinin daha kiçik variantı kimi formalaşan parlaq qırmızı qüllə 1894-cü ildə Blekpulda tikilib və şəhərin əsas görməli yerlərindən birinə çevrilib.