Məşhur cənubi afrikalı paralimpiyaçı həbsdən azad edilibbackend

Məşhur cənubi afrikalı paralimpiyaçı həbsdən azad edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sevgilisi Riva Stenkampı öldürməkdə təqsirli bilinən cənubi afrikalı məşhur paralimpiyaçı Oskar Pistorius Şərti Erkən Azadolunma (ŞEA) ilə həbsxananı tərk edib və hazırda evdədir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, 37 yaşlı Pistorius 9 ilə yaxın həbsdə yatıb. O, ümumilikdə 13 il 5 ay həbs cəzasına məhkum edilmişdi. Keçən ilin noyabrında Cənubi Afrikanın Şərti Azadetmə Komissiyası onun ŞEA tələbini təmin edib. Bununla belə, idmançı 2024-cü ilin dekabrına qədər nəzarət altında olacaq.

Qeyd edilir ki, Pistoriusun evdən çıxmaq imkanları məhdudlaşdırılacaq və spirtli içki qəbul etməsi qadağan ediləcək. İdmançıdan qəzəbin idarə olunması və qadınlara qarşı zorakılıq proqramlarına qatılmaq da tələb olunur. O, ictimai işlərlə məşğul olacaq.

Pistorius 2014-cü ilin oktyabrından həbsdə idi.

Paralimpiya Oyunlarının 6 qat qalibi 2013-cü il fevralın 14-də ayaqyolunda olarkən evə oğru girdiyini düşündüyündən bağlı qapının arxasından atəş açdığını etiraf etmişdi.

2014-cü ilin oktyabrında Pretoriya məhkəməsi onu qəsdən adam öldürmə ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edib. Prokurorluq bu cəzanı həddən artıq yüngül hesab edərək etiraz edib və bu cinayət maddəsi üzrə azadlıqdan məhrum etmə müddətinin minimum həddi qədər – 15 il müddətinə azadlıqdan məhrumetmə tələb edib. 2017-ci ilin noyabrında məhkəmə Pistoriusun həbs müddətini 13 ilə qədər artırıb. 2023-cü ilin yazında o, şərti azadlığa çıxmaq üçün müraciət etsə də, rədd cavabı alıb.