Braziliyalı sosial media fenomeni Laleska Aleksandre, yumurtalıq infeksiyasından yaranan ağırlaşmalar səbəbindən 28 yaşında dünyasını dəyişib.
NOCOMMENT.az redaktor.az-a istinadən xəbər verir ki, O, fevralın 2-də xəstəxanaya yerləşdirilib. Fallop borusu infeksiyası səbəbindən septik şok keçirən fenomen təcili əməliyyata alınsa da, həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər yumurtalıq iltihabının əsas əlamətlərini qarın ağrısı, yüksək hərarət və pis qoxulu ifrazat kimi göstərir. Bu infeksiyanın müalicə olunmadıqda həyati təhlükəli sepsislə nəticələnə biləcəyi bildirilir.