Məşhur futbolçu Avro-2024-ü buraxacaqbackend

Məşhur futbolçu Avro-2024-ü buraxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Madrid”in və Belçika millisinin qapıçısı Tibo Kurtua 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirak etməyəcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, futbolçu bu barədə sosial media hesabında yazıb.

Xatırladaq ki, avqust ayında Kurtuanın sol dizinin ön çarpaz bağı yırtılmışdı. Daha sonra idmançı əməliyyat olunub, indi isə reabilitasiyadan keçib.

Futbolçunun sosial şəbəkələrdə verdiyi məlumata görə, o, yaza kimi sağalmağı planlaşdırsa da, Avro-2024-ə hazırlaşıb forma almağa vaxtı olmayacaq.

Tibo Belçika millisinin heyətində 102 oyunda iştirak edib, onun yarısını qol buraxmadan başa vurub.