“Atletiko”nun futbolçusu Antuan Qrizmann Fransa yığmasındakı karyerasını başa çatdırıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə təcrübəli hücumçu özü sosial şəbəkə hesabında paylaşım edib.
“Möhtəşəm üçrəngli macəra” üçün təşəkkür edirəm”, – deyə Qrizmann bildirib.
O, Fransa yığması ilə dünya çempionu və Millətlər Liqasının qalibi adını qazanıb.
Qeyd edək ki, Qrizmann 2014-cü ildən Fransa yığmasının şərəfini qoruyurdu. Milli komandada 131 oyun keçirən Antuan 44 qola imza atıb.