Məşhur futbolçu karyerasını başa vurdu – FOTObackend

Məşhur futbolçu karyerasını başa vurdu – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Andres İnyesta 40 yaşında karyerasını başa vurduğunu açıqlayıb.

 

NOCOMMENT.az xəbər verir ki, İnyesta peşəkar futbolçu həyatında arzusunu gerçəkləşdirə bildiyini deyib.

 

O, İspaniyanın ən titullu futbolçusudur. “Barselona” ilə birlikdə doqquz dəfə İspaniya çempionatının, dörd dəfə Çempionlar Liqasının, altı dəfə İspaniya kubokunun və yeddi dəfə ölkə Superkubokunun qalibi olub. Futbolçu İspaniya millisinin üzvü kimi dünya çempionu (2010) və iki dəfə Avropa çempionu (2008, 2012) olub.

 

İnyesta  “Barselona”dan başqa, iki xarici komandada çıxış edib. 2018-ci ildən 2023-cü ilə qədər o, Yaponiyanın “Vissel Kobe” klubunu təmsil edib, bundan sonra BƏƏ-dən “Emirates”də bir mövsüm keçirib.