Məşhur futbolçu prezidentlə görüşündən danışdı – FOTObackend

Məşhur futbolçu prezidentlə görüşündən danışdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neftçi”nin yarımmüdafiəçisi Qara Qarayev oktyabrın 17-də Füzulidə Prezident İlham Əliyevlə görüşüb.

NOCOMMENT.az xəbər verir ki, millimizin sabiq futbolçusu bu barədə instagram hesabında paylaşım edib:

“44 günlük Vətən müharibəsinin ardından işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunması, Cənab Prezidentin qətiyyətli, əzmkar fəaliyyətinin nəticəsidir.

“Böyük Qayıdış proqramının birinci mərhələsinin sonunda doğma Füzuli şəhərimizdə 22 min insan yaşayacaq. Cənab Prezidentin də qeyd etdiyi kimi, biz nə qədər sevinsək də, şəhidlərimiz üçün daima göz yaşı tökəcəyik.

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igidlərimizi böyük sevgi və fəxarət hissi ilə anırıq və daima da qürür hissi ilə yad edəcəyik”.