AFFA prezidenti Rövşən Nəcəf Gənclər və İdman Nazirliyindən (GİN) narazı qalıb.
Bunun məğzində Mesut Özilin Azərbaycana səfəri dayanır.
NOCOMMENT.az sportinfo.az-a istinadən xəbər verir ki, Federasiya başçısı Almaniya yığmasının sabiq ulduzunun onlarla danışılmadan və razılaşdırılmadan ölkəmizə dəvət olunmasından incik düşüb.
Aprelin 2-dən bəri AFFA-nın başında dayanan R.Nəcəf Özilin gəlişindən yalnız son anda xəbər tutub.
O. GİN-in tədbirindən öz yaxın çevrəsinə giley-güzar edib. Futbol qurumunun bir nömrəli şəxsi bildirib ki, nazirlik bu səviyyədə işləri təkbaşına görməməli, AFFA ilə məsləhətləşməlidir.
AFFA ilə GİN arasında hazırda soyuqluq müşahidə olunur. Biz bunu hələ apreldə, federasiyaya yeni prezident seçkimərində gördük.
Adətən, istənilən idman təşkilatının tədbirinə qatılan Fərid Qayıbov AFFA-nın hesabat-seçki konfransına təşrif buyurmadı.