Məşhur klinikanın koronavirusa yoluxmuş həkimləri barədə RƏSMİ AÇIQLAMAbackend

Məşhur klinikanın koronavirusa yoluxmuş həkimləri barədə RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son iki həftə ərzində Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan həkimlərdən 33-ü koronavirusa yoluxub.

NOCOMMENT-ə ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova məlumat verib.

Onun sözlərinə görə, həkimlərdən 6-sı sağalaraq evə buraxılıb: “27-nin müalicəsi davam etdirilir. Hazırda müalicə alan həkimlərimizin 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir. Koronavirusa yoluxmuş həkimlərimiz öz klinikamızda elə öz həkimlərimiz tərəfindən müalicə olunur”.