Məşhur kosmetoloq cərimə edilir – Lisenziyasız fəaliyyət göstəribbackend

Məşhur kosmetoloq cərimə edilir – Lisenziyasız fəaliyyət göstərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda məşhur kosmetoloq Təhminə Manafi barəsində cərimə protokolu tərtib edilib.

NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, Təhminə Manafi barəsində protokol İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi ilə irəli sürülüb.

210.1. maddəsinə görə, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə – fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.

Manafi Təhminə Adil qızı Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən tərtib edilən protokolla bağlı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayyət verib.

İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.