Məşhur məşqçidən acı etiraf: “Bir il ömrüm qalıb”backend

Məşhur məşqçidən acı etiraf: “Bir il ömrüm qalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur mütəxəssis Sven-Yoran Eriksson xərçəng xəstəliyindən əziyyət çəkdiyini etiraf edib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki,75 yaşlı isveçli ötən gün ölkəsində radioverilişlərdən birinə açıqlamasında xəstə olduğunu və proqnozlarına görə təxminən bir il ömrü qaldığını bildirib:

“Hamı başa düşür ki, mənim çox ciddi xəstəliyim var. Bir çox insan bunun xərçəng olduğunu təxmin edir və bu doğrudur. Mən bacardığım qədər mübarizə aparmalıyam. Ən yaxşı halda bir il ömrüm var, ən pis halda daha az”, deyə Eriksson bildirib.

Sonuncu dəfə ölkəsinin təmsilçisi “Karlstad”da idman direktoru vəzifəsində çalışan Eriksson səhhətindəki problemləri əsas gətirərək oradan ayrılmışdı.

1970-ci illərin sonundan məşqçiliyə başlayan Eriksson “Göteborq”la UEFA Kubokunun qalibi olub. Daha sonra “Benfika”nın baş məşqçisi kimi üç dəfə Portuqaliya çempionluğu yaşayıb. Ardından İtaliyaya yollanan mütəxəssis burada “Roma”, “Fiorentina”, “Sampdoria” və “Latsio” kimi klublarda çalışıb. O həmçinin “Latsio”nun da baş məşqçisi olub və bu komanda ilə bir neçə kubok qazanıb, həmçinin UEFA Kubokunun qalibi olub.

Eriksson İngiltərədə “Mançester Siti”ni, “Lester”i də çalışıdırıb, həmçinin Çin və Tayland liqalarında təcrübə yaşamaqla yanaşı, Meksika, Fil Dişi Sahili və Filippində də məşqçi kimi fəaliyyət göstərib.

İngiltərə yığması Erikssonla birlikdə 2004-cü il Avropa çempionatında, həmçinin 2002 və 2006-cı il Dünya çempionatlarında iştirak edib.