Məşhur meyxanaçının halı pisləşdi: xəstəxanaya yerləşdirildi – VİDEO / YENİLƏNİBbackend

Məşhur meyxanaçının halı pisləşdi: xəstəxanaya yerləşdirildi – VİDEO / YENİLƏNİB 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vüqar Qobulu təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.

NOCOMMENT.az xəbər verir ki, hazırda meyxanaçı həkimlərin nəzarəti altındadır.

Onun səhhətinin vəziyyəti ilə bağlı ətraflı məlumat verilməyib. Yaxınlarının bildirdiyinə görə, V. Qobulunun müalicəsi davam etdirilir.

Məsələ ilə bağlı Sabunçu Tibb Mərkəzindən bildirilib ki, ötən gün saat 20:00 radələrində 1972-ci il təvəllüdlü şəxs (kişi) Sabunçu Tibb Mərkəzinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

“Pasiyentə zəruri tibbi xidmətlər göstərilib.Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.

Qeyd edək ki, bir müddət öncə Vüqar Qobulu yarışmada qalib gələrsə, evlənəcəyini bildirmişdi: “Maddiyyat evlilikdə böyük rol oynayır. Pul qazansam, birinci özümə toy edəcəyəm. Subay qalmaq günahdır. Ailə qurub, toy edərdim. Qalan pula da maşın alardım”.

***

Meyxanaçı Vüqar İmamcanovun halı pisləşib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ATV telekanalında yayımlanan “Kəlmə-kəlməyə” şousunun səhifəsindən video paylaşılıb.

Paylaşılan videoda Vüqar Qobulu ya sistem köçürüldüyü, özünün isə halsız olduğunu əks etdirən kadrlar yer alıb.

Vəziyyətinin yaxşı olmadığını bildirən meyxanaçı bugünlərdə verilişdə iştirak edə bilməyəcəyini qeyd edib.

Videonu təqdim edirik: