Moda brendi “East x East”in təsisçisi Marta Nolan-O’Slatarra Nyu-Yorkda Montauk yaxta klubunda ölü tapılıb.
NOCOMMENT.az Unikal-a istinadən xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
33 yaşlı İrlandiya əsilli iş xanımı gecəyarısı “Ripple” adlı yaxtada, huşsuz vəziyyətdə aşkar edilib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun nəfəs və ürək döyüntülərinin olmadığını müəyyən ediblər.
Şahidlərin sözlərinə görə, yaxta Nolan-O’Slatarranın sevgilisinə məxsusdur.
Hadisənin təfərrüatları araşdırılır.