Məşhur müğənni dilə gəldi: Pensiya ilə yaşayanlara Allah kömək olsun!backend

Məşhur müğənni dilə gəldi: Pensiya ilə yaşayanlara Allah kömək olsun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Nura Suri ölkədə ərzaq məhsullarının bahalaşmasından yazıb.

NOCOMMENT xəbər verir ki, ifaçı özünün feysbuk səhifəsində marketlərdə qiymətlərin artmasından danışıb:

“Hər zaman aldığım məhsulların qiyməti çox artıb. 24-25 AZN olan məhsul 30 AZN-i keçib. 1-2 məhsul alanda bəlkə hiss etmirsiniz, amma bazarlıq edəndə ciddi fərq görünür”.

Onun sözlərinə görə, zaman keçdikcə imkansız adamlara lap çətin olacaq: “Demək olar ki, orta təbəqə çox azdır. Bu artımlar varlıların da gözünə görünmür. Benzin də deyilənə görə, yenə qalxacaq. Kommunal xərclər də artıb, pensiya ilə yaşayan insanlara Allah kömək olsun!”