Məşhur müğənni Mübariz Mənsimovun məhkəməsində nələr dedi?backend

Məşhur müğənni Mübariz Mənsimovun məhkəməsində nələr dedi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı, “Xəzər Lənkəran”ın fəxri prezidenti, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov bu gün məhkəmə qarşısına çıxarılıb və ifadə verib. Məhkəmə prosesi 13 yanvara təxirə salınıb.

NOCOMMENT.az xəbər verir ki, prosesdə gizli şahid – GSF20 kod adlı şəxs və şahid Hakan Kalkavan dindirilib.

Prosesdə şahid kimi məşhur müğənri Mahsun Kırmızıgül də ifadə verib. Sənətçi Mübariz Mənsimovla qohum olmadığını, amma yaxın dost oluqlarını bildirib: “Mübariz Mənsimov bu ölkəni sevən, xaricdən qazandığı bütün pulları bu ölkəyə xərcləyən bir insandı. Ona qarşı ittihamlar məni təəccübləndirdi. Onun yaxın dostuyam, etdiyi yaxşılıqları bilirəm. İhsan Kalkavanı Mübariz bəyin yanında bir neçə dəfə görmüşəm. 17-25 dekabrdan öncə… Bir masada ikisinin arasında mübahisə oldu. Daha sonra Mübariz bəy onu həyatından çıxardı. İhsan Kalkavan 17-25 dekabrdan sonra Mübariz bəyə zəng etdi. Amma o, telefonu açmadı. Onların arasında düşən mübahisəyə həmin gün edilən hörmətsiz bir çıxış səbəb olmuşdu. Mübariz bəy həmin gün orda böyüklük etdi”.
Fanat.az