Müğənni Emil Bədəlov bir neçə ay əvvəl dünyaya gələn 3-cü qız övladı Cahanın səhhətində yaranan problemdən danışıb.
NOCOMMENT.az Sfera.az-a istinadən xəbər verir ki, bu barədə müğənni qonaq olduğu “Xəzər axşamı” verilişində məlumat verib.
Onun sözlərinə görə, övladı “göy öskürək” adlanan xəstəliyə yoluxub:
“Bu xəstəlik ona anasından keçib. Bu xəstəlik peyvənddən sonra üzə çıxdı. Qızım xəstəliyi ağır keçirir”.
Qeyd edək ki, Emin Bədəlov bu ilin əvvəlində üçüncü dəfə ata olub. Onun daha iki qız övladı var.