Məşhur müğənni “Togg” almaq üçün maşınlarını satdıbackend

Məşhur müğənni “Togg” almaq üçün maşınlarını satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin yerli elektrik avtomobil markası “Togg” tərəfindən istehsal edilən ilk iki avtomobil prezident Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı Əminə Ərdoğana təhvil verilib.

NOCOMMENT.az xəbər verir ki, Türkiyənin məşhur müğənnisi Sinan Akçıl “Togg”un gündəmdə olduğu müddətdə iki avtomobilini satdığını və növbə gözlədiyini açıqlayıb.

“Ensonhaber”ə açıqlama verən məşhur müğənni Sinan Akçıl ilk 20 min şanslılar arasında olmadığını söyləyib.

“Ümid edirəm ki, yaxın zamanda iki maşınımı da satıb “Togg” alıb bir maşın sürəcəm. Yalnız bir mikroavtobusumuz var ki, konsertlərə gedirik. “Togg” gələndə o da gedəcək. 3 nəqliyyat vasitəsindən imtina etdim və yerli və milli Toggdan istifadə etməyə üstünlük verdim” deyə o qeyd edib.

NOCOMMENT.AZ