Məşhur musiqiçinin səhhəti AĞIRLAŞDI – Köməyə ehtiyacı varbackend

Məşhur musiqiçinin səhhəti AĞIRLAŞDI – Köməyə ehtiyacı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış nağaraçı Zöhrab Məmmədovun səhhəti ağırlaşıb.

NOCOMMENT Publika.az-a istinadən xəbər verir ki, bu barədə musiqiçi Hüseyn Məmmədoğlu instaqramda məlumat yayıb. O, bildirib ki, Z.Məmmədovun maddi köməyə ehtiyacı var.

“Yardımı ancaq məşhur müğənnilərə yox, belə sənətkarlara da etmək lazımdır. O, Azərbaycanın sərvətidir, həqiqətən xəstədir, başqaları kimi yalandan heç kimi aldatmır” , – deyə klarnet ustası paylaşımına qeyd edib.

Şəkərli diabetdən əziyyət çəkən musiqiçi çoxlu qan itirir, eyni zamanda ağciyərləri və bağırsaqları ilə bağlı ciddi problemlər yaşayır.

Z.Məmmədovun təcili cərrahiyyə əməliyyatı, ardınca da müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, sosial şəbəkə istifadəçiləri mərhəmətli insanları lazımi məbləği – 3 000 manatı toplamağa kömək etməyə çağırır.