Məşhur parfümeriya şəbəkəsi məhkəməyə verildibackend

Məşhur parfümeriya şəbəkəsi məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məşhur parfümeriya və kosmetika mağazaları şəbəkəsi “Adore Kompani” MMC məhkəməyə verilib.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, “Envix Print” MMC şirkətlə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

Məhkəmə işinin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

İşə hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Adore Kompani” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi İsmayilova Nərmin Vəkil qızıdır. 7 “Adore” mağazası, 7 “Sabina” mağazası, 1 MAC mağazası və 2 “NYX professional makeup” mağazaları olan şirkətin nizamnamə kapitalı 8 869,5 min manatdır.

Reklam poliqrafiya şirkəti olan “Envix Print” MMC isə 2020-ci ildə dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Axundov Bahadur Taləddin oğludur.