Yük maşını gölün kənarına yaxınlaşaraq, ora yük boşaldır…
NOCOMMENT.az xəbər verir ki, görüntülər Binəqədi rayonu 6-cı mikrorayon ərazisində yerləşən binalardan birinin pəncərəsindən qeydə alınıb. Videonu çəkən şəxs “Pitomnik bağı” kimi tanınan ərazidə parkın ləğv edildiyini iddia edir.
Məqsəd kimi isə ərazidə binaların tikilməsi göstərilir. Məsələni araşdırmaq üçün biz də yollandıq həmin ünvana.
Parkda istirahət edən sakinlər də deyir ki, gölün doldurulması və parkın ləğv edilməsi xəbərləri həqiqəti əks etdirmir.
İddialarla bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, faktla bağlı aidiyyəti üzrə Binəqədi Rayon Polis İdarəsinə müraciət edilib. Sözügedən ərazidə mütəmadi olaraq iməciliklər həyata keçirilir və ağaclara aqrotexniki qulluq göstərilir. Eyni zamanda sabah Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən həmin ərazidə iməcilik keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













