İspaniyanın “La Vanguardia” qəzeti X sosial media platformasındakı hesablarını dayandıracağını açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, qəzet X-i “təsirli və ağlabatan moderasiyadan” tamamilə imtina edərək “sui-qəsd nəzəriyyələri və dezinformasiya şəbəkəsi” olmaqda günahlandırdı.
1881-ci ildən nəşr olunan “La Vanguardia” İspaniyanın ən qədim qəzetlərindən biridir.
Əsasən Barselona və Kataloniyada yayılsa da, İspaniyanın ən çox oxunan xəbər orqanlarından biridir və onun əsas X hesabının 1,3 milyon izləyicisi var.
“Elon Maskın gəlişindən bəri, X getdikcə daha çox zəhərli məzmunla doludur” – deyə qəzet bəyanat verib.