Məşhur repçiyə vəzifə verildibackend

Məşhur repçiyə vəzifə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, “Qurd” ləqəbi ilə tanınan məşhur repçi Fərid Eminova Bakı Nəqliyyat Agentliyində Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilib.

Məlumatı agentlikdən təsdiq ediblər. Bildirilib ki, Fərid Eminovla əməkdaş kimi işə qəbul zamanı müvafiq müsahibə aparılıb. Onun çalışdığı sahə üzrə bilik və bacarıqları müvafiq qaydada yoxlanılıb.