Məşhur reperin anasının üzərinə ağac aşdı, ayağı amputasiya edildi – VİDEObackend

Məşhur reperin anasının üzərinə ağac aşdı, ayağı amputasiya edildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reper Pərviz İsaqov (ProMete) bir neçə gün əvvəl Bakıda güclü külək əsməsi ilə əlaqədar yaşadığı bədbəxt hadisə ilə bağlı feysbuk səhifəsində video paylaşıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, musiqiçi küləyin təsirindən aşan ağacın onun anasının üzərinə düşdüyünü bildirib.

Hadisə nəticəsində ProMetenin anasının ayağı amputasiya olunub.

ProMete bildirib ki, hadisə yaşanandan dərhal sonra hansısa qurumun nümayəndələri ağacı kökündən kəsib aparıblar.  O qeyd edib ki, dəfələrlə ağacın yarada biləcəyi təhlükə barədə aidiyyəti orqanlara məlumat verilib.

Lakin bununla bağlı heç bir tədbir görülməyib: “Həmin gün anamla o ərazidə biri azyaşlı olmaqla daha üç nəfər olub. Xoşbəxtlikdən digər şəxslərə heç nə olmayıb, amma hazırda anamın ayağı topuqdan aşağı yoxdur, kəsilib. Hansısa qurum hadisə baş verəndən sonra gəlib ağacı kəsib aparıb. Anamın üstünə aşandan sonramı lazım idi bu ağacı kəsmək?!”.

ProMete hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğuna və Baş Prokurorluğa şikayət elədiyini deyib.