Bakıda fəaliyyət göstərən tanınmış restoranlardan olan “Neşve Azərbaycan”ın hüquqi sahibi olan “Neşve Azərbaycan” MMC barəsində tərtib olunan protokola görə şikayət təmin olunmayıb.
NOCOMMENT.az valyuta.az-a istinadən xəbər verir ki, şirkət barəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İnzibati Xətalar Məcələsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilib.
Qərara əsasən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimə növündə tənbeh tətbiq olunub.
Şirkət rəsmisi məhkəmədə tərtib edilmiş protokol və qərarın əsassız olduğunu, inzibati xətanın törədilməsini təsdiq edən heç bir əsas və ya sübutun olmadığını bildirib.
Məhkəmə “Neşve Azərbaycan” MMC-nin nümayəndəsinin şikayətini təmin etməyib, agentliyin tərtib etdiyi protokol üzrə şirkət 3 min manat cərimələnib.