Rusiyalı aktrisa Anastasiya Zavorotnyuk vəfat edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 53 yaşlı aktrisa bu gecə vəfat edib.
O, uzun müddətdir, beyin xərçəngindən əziyyət çəkirdi.
Xatırladaq ki, Anastasiya Zavorotnyuk 2006-cı ildə Rusiyanın Əməkdar artisti adını almışdı. O, “Mənim möhtəşəm dayəm” serialı (2004-2009) ilə populyarlıq qazanmışdı.