Amerikanın məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərində işıqlandırılıb.
NOCOMMENT xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim tviter hesabında paylaşım edib.
“Dövlət Bayrağı gününüz mübarək”, – deyə səfir şəlalənin videogörüntüsünü paylaşaraq tviter hesabında yazıb.