Məşhur şirkət 17500-ə yaxın əməkdaşını ixtisar edəcəkbackend

Məşhur şirkət 17500-ə yaxın əməkdaşını ixtisar edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prosessor istehsalçısı Intel 2024-cü ilin dördüncü rübündən başlayaraq işçi qüvvəsinin 15%-ni (təxminən 17500 nəfər) ixtisar etməyi və dividend ödənişlərini dayandırmağı planlaşdırdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Bu qərarın fonunda Intel səhmləri 20% ucuzlaşıb və şirkət 24 milyard dollardan çox bazar dəyərini itirib.

Intel hazırda “dönüş planı”nı izləyir. Əsas diqqət ən müasir süni intellekt prosessorlarının yaradılmasına və onun istehsal gücünün artırılmasına yönəlib.

İşçilərin ixtisar edilməsi qərarını şərh edən CEO Pat Gelsinger, qərargahda daha az adama və müştəriləri dəstəkləyən sahədə daha çox insana ehtiyac duyduğunu söyləyib.