Məşhur şirkət böyük məbləğdə cərimələndibackend

Məşhur şirkət böyük məbləğdə cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir çox məşhur ticarət və istirahət mərkəzlərinin tikintisini həyata keçirən “Kontinent İnşaat” şirkəti polisin sorğusuna cavab vermədiyi üçün cərimələnib.

NOCOMMENT-in qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, şirkətin mülkiyyətində olan “Lexus LS460” avtomobili idarə edən şəxs yol hərəkəti qaydalarını pozub və təhlükəsizlik şəhər kamerası vasitəsilə pozuntu qeydə alınıb. Həmin pozuntu haqqında İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə protokol tərtib olunub. Daha sonra hadisənin qeydə alındığı rayon üzrə Binəqədi rayon Polis İdarəsi tərəfindən “Kontinent İnşaat” şirkətinə sorğu göndərilərək inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunub.

Lakin şirkət həmin sürücünün kimliyi barədə sorğuya cavab vermədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə məsuliyyətə cəlb olunub.

Binəqədi Rayon Polis İdarəsi “Kontinent İnşaat” şirkətinin sürücü haqqında məlumat vermədiyinə görə inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət edib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3 000 manat məbləğində cərimə olunub.