Məşhur şirkətdə montyoru cərəyan vuraraq öldürübbackend

Məşhur şirkətdə montyoru cərəyan vuraraq öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 10-da saat 11 radələrində Abşeron rayonu, MD-23 qəsəbəsi ərazisində 1962-ci il təvəllüdlü Bayrampur Ehtimat Bayraməli oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Abşeron rayon prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Elektrik Təchizatı və Satışı Sahəsi Enerji İstismar Şöbəsində elektrik-montyor işləyən Ehtimat Bayrampur qeyd edilən ərazidə yerləşən “AZENCO” ASC-nin ərazisində yüksək cərəyanlı yeraltı kabeldə yaranmış nasazlıqla bağlı təmir işləri apararkən elektrik cərəyanının vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.