Məşhur su markasına qarşı iddia: “Xərçəng yaradır”backend

Məşhur su markasına qarşı iddia: “Xərçəng yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur su markası olan “Fiji” şirkətinin qablaşdırılmış sularında insan sağlamlığı üçün təhlükə yarada bilən mikroplastiklər və “bisfenol-A” maddəsi (BPA) olduğu iddia edilir.

NOCOMMENT.az ölkə.az-a istinadən xəbər verir ki, ABŞ-nin Los-Anceles şəhərində məsələ ilə bağlı məhkəmədə iddia qaldırılıb.

İddia ərizəsində qeyd edilib ki, bu maddələr ürək-damar xəstəliklərinə, xərçəngə, autizmə və hətta ölüm kimi ciddi sağlamlıq risklərinə səbəb ola bilər. Bu səbəbdən şirkətin reklamlarının dayandırılması tələb olunub.

“Fiji” şirkəti iddiaları qəti surətdə rədd edib:

“İttihamlar əsassızdır və gülünc doğurur. Markanın etibarını qorumaq üçün qanuni tədbirlər görəcəyik”.(oxu.az)