Məşhur toyda iştirak edən daha 3 nəfər cərimələndi – SON DƏQİQƏbackend

Məşhur toyda iştirak edən daha 3 nəfər cərimələndi – SON DƏQİQƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən sabiq nazir və keçmiş deputat cərimələnib.

NOCOMMENT.az xəbər verir ki, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov və Filarmoniyanın direktoru Murad Adıgözəllinin hər biri karantin rejiminin qaydalarını pozaraq toyda iştirak etdiyi üçün polis tərəfindən 400 manat cərimə olunublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Modern.az-a məlumatı təsdiqləyiblər.