Məşhur transplantoloq Mərkəzi Gömrük Hospitalından ayrıldı – SƏBƏBbackend

Məşhur transplantoloq Mərkəzi Gömrük Hospitalından ayrıldı – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tanınmış transplantoloq, ümumi cərrah Mircəlal Kazımi pandemiya səbəbindən bu xəstəxanadan ayrılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumat verən M.Kazımi Mərkəzi Gömrük Hospitalındakı işindən müvəqqəti olaraq ayrıldığını bildirib.

“Bildiyiniz kimi, Mərkəzi Gömrük Hospitalı pandemiyalı xəstələr üçün ayrılıb. Bu çətin dövrdə xəstəxana həqiqətən üzərinə böyük yük götürüb. Buradakı əməkdaşlar fədakarcasına xəstələrə xidmət göstərirlər. Xəstəxana yalnız COVİD-19 xəstələrini qəbul etdiyindən, digər xəstələrimizin, xüsusilə də qaraciyər və böyrək transplatasiyası əməliyyatına ehtiyacı olanların müayinə və müalicəsi üçün artıq Mərkəzi Klinikada fəaliyyət göstərirəm”.

Qeyd edək ki, M.Kazımi 2008-ci ildən 2018-ci ilədək Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri, 2018-ci il sentyabrın 28-dən etibarən isə Mərkəzi Gömrük Hospitalında Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəhbəri olaraq fəaliyyətini davam etdirir.

Modern.az