Məşhur voleybolçu İstanbulda dünyasını dəyişibbackend

Məşhur voleybolçu İstanbulda dünyasını dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CEV Çempionlar Liqasının yarımfinalında “Eczacıbaşı”na uduzan oyunçu matçdan sonra faciəvi şəkildə dünyasını dəyişib.

NOCOMMENT xəbər verir ki, italiyalı voleybolçu Julia İtuma dünən axşam İstanbulda keçirilən Eczacıbaşı matçından sonra qaldığı otelin pəncərəsindən yıxılaraq dünyasını dəyişib.

Ebrar Karakurtun çıxış etdiyi İtaliyanın İqor Qorqonzola Novara voleybol komandası dünən axşam Eczacıbaşı Dynavit ilə üz-üzə gəlib. Eczacıbaşı Dynavit Çempionlar Liqası Yarımfinalının cavab oyununda İqor Novaranı 3-0 məğlub edərək ilk oyunda 3-2 məğlub olaraq finala damğasını vurdu.

Matçdan sonra İtaliya komandası Burhan Fələk İdman Salonunun yanındakı oteldə məskunlaşıb. Julia Ituma səhər saat 5:30 radələrində otelin qarşısında hərəkətsiz vəziyyətdə tapılıb. Hadisə yerinə polis və tibb işçiləri gəlib. Həkim qrupları onun öldüyünü müəyyən edib. Polis qrupları hadisə ilə bağlı araşdırma başlatarkən, Nigeriya əsilli İtaliya vətəndaşı Julia Ituma-nın otelin 6-cı mərtəbəsində qaldığı öyrənilib.

Polis Culiya İtumanın saat 22:30-23:50 arasında dəhlizdə dolaşdıqdan sonra otağına girdiyini müəyyən edib. Məlum olub ki, Culiya İtuma qaldığı otelin pəncərəsindən yıxılıb.