Xalq artisti Telman Adıgözəlovun oğlu Tural Adıgözəlov Fövqəladə Hallar Nazirliyindəki vəzifəsindən azad edilib.
NOCOMMENT.az bu barədə Sitat.info-ya istinadən xəbər verir.
Belə ki, mayor rütbəsi daşıyan Tural Adıgözəlov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəis müavini vəzifəsində işləyib.
O, öz ərizəsi ilə işdən çıxarılıb və səbəbi ilə bağlı isə heç bir məlumat verilməyib.