Oktyabrın 30-da “Qızıl top”un təqdimetmə mərasimi keçirilib.
NOCOMMENT.az xəbər verir ki, mükafatın qalibi hazırda Amerikanın “İnter Mayami” klubunda çıxış edən 36 yaşlı argentinalı hücumçu Lionel Messi olub.
Maraqlıdır ki, Messi MLS tarixində bu mükafatı alan ilk aktiv futbolçu olub. Bu Ballon d’Or təcrübəli futbolçunun karyerasında səkkizinci eyniadlı mükafat oldu.
Lionel keçən yay Fransanın PSJ klubundan azad agent kimi “İnter Mayami”yə keçib. Argentinalı forvard 2025-ci ilin sonuna kimi müqavilə imzalayıb.