Messi kubok oyununda PSJ-yə kömək etməyəcəkbackend

Messi kubok oyununda PSJ-yə kömək etməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın PSJ klubunun ulduz futbolçusu Lionel Messi “Feni-Olnua”ya qarşı ölkə kubokunun 1/32 final mərhələsinin oyununda iştirak etməyəcək.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, Paris təmsilçisinin məşqçilər korpusu 34 yaşlı hücumçuya istirahət verib və onun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Argentinalı forvard cari mövsüm Fransa Liqa 1-də 10 görüşdə meydanda olub, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Feni-Olnua” – PSJ matçı bu gecə Bakı vaxtı ilə saat 00:10-da başlayacaq.