Məsul redaktor: Üzvlər gənclər idi, ola bilsin hörümçək sözünü lüğətə salmağı unudublarbackend

Məsul redaktor: Üzvlər gənclər idi, ola bilsin hörümçək sözünü lüğətə salmağı unudublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hörümçək sözünün lüğətə salınması yaddan çıxıb”.

NOCOMMENT oxu.az-a istinadla xəbər verir ki, bunu Orfoqrafiya Lüğəti kitabının məsul redaktoru, filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli deyib: “Hörümçək sözünün lüğətə salınması yaddan çıxıb.

Lüğətin tərtib olunması zamanı işçi qrup yaradılmışdı. Üzvləri gənclər idi. Ola bilsin ki, onlar hörümçək sözünü lüğətə daxil etməyi unudublar. Hörümçək sözü yoxdursa, hörümçəkkimilər sözü necə ola bilər ki?

Spayder sözünə gəldikdə, o söz ingilis dilindən tərcümədə hörümçək mənasını versə də, əslində minik avtomobillərində yığılan (bəzən açılıb götürülə bilən) dama malik, iki yan qapılı və bir və ya iki sıra oturacaqlı kuzov növünə deyilir. Həmin hissə hörümçəyə bənzədiyi üçün spayder adlandırılır. Buna siz müəllifi olduğum “Yeni sözlər, yeni mənalar” lüğətində də rast gələ bilərsiniz”.