Mesut Özil: Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəmbackend

Mesut Özil: Azərbaycana məni seçdikləri üçün təşəkkür edirəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sadəcə “Fənərbağça” azarkeşlərinə yox, bütün Azərbaycana salam göndərirəm və təşəkkürümü bildirirəm”.

NOCOMMENT report-a istinadənxəbər verir ki, bu fikirləri Türkiyənin “Fənərbağça” klubunun yeni transferi Mesut Özil təqdimat mərasimində deyib.

Özil İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi sorğunun nəticəsində Azərbaycanda İlin Döyüşkən Legioneri seçilməsinə də münasibət bildirib.

“Məni dəstəklədikləri üçün çox təşəkkür edirəm. Minnətdaram. Qismət olsa, bir gün Azərbaycana gedərəm və oradakı qardaşlarımı görərəm. Çox təşəkkür edirəm və salamlarımı göndərirəm”, – deyə Özil vurğulayıb.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsində Azərbaycanın maraqlarını müdafiə edərək, təbliğati dəstək verib və İAM-ın sorğusunda birinci olub.