Meta, Elon Maska məxsus “Twitter”ə rəqib proqram hazırlayır. Tətbiqin 1 ay ərzində təqdim ediləcəyi gözlənilir. Şirkət tətbiqi sınaqdan keçirmək üçün artıq məşhur adlarla əlaqə saxlayıb.
NOCOMMENT.az xəbər verir ki, Mark Zukerberq İlon Maska müharibə elan etdi. Texnologiya nəhəngi Meta-nın baş direktoru Twitter-i vurmağa hazırlaşır.
“Meta Threads” adlı tətbiqi ilə “Twitter”ə rəqib olacaq.
Tətbiqi sınaqdan keçirmək üçün artıq məşhurlar və sosial media təsir edənlərlə əlaqə saxlanılıb.
Tətbiqin 1 ay ərzində təqdim ediləcəyi gözlənilir.
NOCOMMENT.AZ