Bakının Binəqədi rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsində aparılan işlər sakinlərin narazılığına səbəb olur.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, sakinlər deyirlər ki, obyektdə gecə və səhər saatlarında aparılan işlərin əlindən beziblər.
Onların sözlərinə görə, məntəqədə görülən işlər zamanı yaranan toz-torpaq yaxınlıqdakı evlərə dolur.
Sakinlər bildirirlər ki, həmin məntəqədə daha əvvəl başqa bir icarədar əlvan metal qəbulu işi ilə məşğul olurmuş, lakin sakinlərin şikayətindən sonra işi dayandırıb. Amma sakinlər eyni problemlə bağlı yeni icarədara məlumat versələr də, heç bir addım atılmayıb.
Özünü obyektin icarədarı kimi təqdim edən Elman Allahverdiyev isə bildirib ki, məntəqənin fəaliyyəti barədə indiyə qədər ona cəmi 1 qonşu şikayət edib.
O söz verib ki, qonşuların şikayətini nəzərə alaraq məntəqənin fəaliyyətini dayandıracaq.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.