Mətbuat katibi ilə evlənən erməni nazir ata oldubackend

Mətbuat katibi ilə evlənən erməni nazir ata oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın müdafiə naziri Suren Papikyan ata olub.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Papikyan qızının dünyaya gəlməsi ilə bağlı xəbəri sosial şəbəkələrdə açıqlayıb.

“Bizi sevinməyə doğuldun, mənim ilk övladım, mənim qızım Nrane”, – deyə nazir sevincini izləyiciləri ilə bölüşüb.

Xatırladaq ki, Ermənistanın müdafiə naziri Suren Papikyan bu ilin yanvarında evlənmişdi. Papikyanın həyat yoldaşı əvvəllər Ərazi İdarəetmə Nazirliyində onun mətbuat katibi işləmiş Armine Muradyandır. Nişan mərasimi Qeqard monastırında, toy ziyafəti isə “Firon” restoran kompleksində baş tutmuşdu.