Mətbuat katibi nazirliyi dəyişdi – departament rəhbəri TƏYİN EDİLDİbackend

Mətbuat katibi nazirliyi dəyişdi – departament rəhbəri TƏYİN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev işindən ayrılıb.

NOCOMMENT xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında bildirib.

M.Musayev fəaliyyətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya departamentinin rəhbəri kimi davam etdirəcəyini qeyd edib: “Təxminən 3 ilə yaxındır ki, çalışdığım Kənd Təsərrüfatı Nazirliyinin strukturundakı işimdən ayrıldım. Bu müddət ərzində üzərimə düşən vəzifə və öhdəliklərimi bacardığım qədər layiqincə yerinə yetirməyə çalışdım. Ən böyük qazancım isə, yeni tanışlıqlar və təcrübə oldu. Kənd Təsərrüfatı Nazirliyi və tabeliyindəki qurumlarda çalışan dostlarıma fəaliyyətlərində uğurlar arzulayıram.

İşlədiyim bütün qurumlarda olduğu kimi, burada da etimadı doğrultmaq üçün eyni əzmkarlıq və entuziazmı göstərməyə çalışacam. Buradakı gənc və dinamik komandayla yeni uğurlara imza atacağımıza inanıram”.