Mətbuat katibi və ailə üzvləri koronavirusa YOLUXDU – VİDEObackend

Mətbuat katibi və ailə üzvləri koronavirusa YOLUXDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev və ailə üzvləri koronavirusa yoluxub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə M.Ağayev yaydığı video müraciətdə məlumat verib.

Mətbuat katibi bildirib ki, bir neçə gün əvvəl özü, həyat yoldaşı və oğlunun verdiyi COVID-19 testinin nəticələri pozitiv çıxıb.

Bununla belə, mətbuat katibi əhvalının da pozitiv olduğunu deyib: “Biz inanırıq ki, virusa qalib gələcəyik. Çünki dövlətimiz tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir. Amma biz də vətəndaş olaraq, üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Bizdən tələb olunan sadə qayda maska taxmaq və sosial məsafə gözləməkdir. Avtobusda bir sərnişinin məsuliyyətsiz davranışı ictimai nəqliyyatın fəaliyyəti baxımından ciddi bir riskdir”.

O qeyd edib ki, Agentlik tərəfindən bütün zəruri tədbilər həyata keçirilir: “Sabah mənim kimi sürücülər də, qarajlarda çalışanlar da yoluxa bilər. Belə olan təqdirdə marşrut şəbəkəsinin fəaliyyətinin dayandırılması qaçılmaz olacaq. Ona görə də çalışın sağlam qalın”.