Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcəkbackend

Mətbuat Şurasının qurultayı bu tarixdə keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mətbuat Şurasının (MŞ) növbəti qurultayının keçiriləcəyi tarix bəlli olub.

NOCOMMENT xəbər verir ki, qurultay sentyabrın 24-də keçiriləcək.

Bu barədə qərar MŞ İdarə Heyətinin bu gün keçirilən iclasında verilib. Sentyabrın 24-də baş tutacaq qurultayda Mətbuat Şurasının yeni sədrinin seçiləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurasının sonuncu – VII qurultayı 2018-ci ildə keçirilib. MŞ-in hazırkı sədri Əflatun Amaşovun yeni seçkilərdə namizəd olmayacağı bildirilir.