Metroda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMAbackend

Metroda gedişhaqqı artırılır? – RƏSMİ AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

NOCOMMENT.az xəbər verir ki, QSC-dən verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, – rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi.\\Sfera.az