Metroda korona ilə bağlı yoxlamalara başlanılıb?backend

Metroda korona ilə bağlı yoxlamalara başlanılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Bakı metrosunda polis əməkdaşları tərəfindən aparılan yoxlamalar daha da gücləndirilib. Xüsusi yoxlama cihazından əlavə, polislər metroya daxil olan vətəndaşlardan şəxsiyyət vəsiqələrini də tələb edirlər.

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı trend-ə açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev həmin yoxlamaların metroya daxil olan COVİD-19 xəstələrinin müəyyən edilməsi üçün aparıldığını bildirib: “Bu yoxlamalar metroya daxil olarkən aparılır və kütləvi deyil”.