Metroda ölən şəxs məşhur alim imişbackend

Metroda ölən şəxs məşhur alim imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında vəfat edən şəxs Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Analitik kimya kafedrasının baş müəllimi Əhməd Babayev olub.

Bu barədə NOCOMMENT.az-a universitetdən məlumat verilib. Bildirilib ki, ki, 72 yaşlı müəllimin qəfildən halı pisləşib və vəfat edib.

Ə.Babayevin 1978-ci ildən BDU-da pedaqoji fəaliyyətə başladığı, 65-dən çox elmi əsərin, 2 metodiki vəsaitin müəllifi olduğu bildirilir.

Xatırladaq ki, hadisə bu gün səhər 08:10 radələrində baş verib. Ə. Babayev qatarda özünü pis hiss etdiyindən “28 May” stansiyasında platformaya düşürülüb. Artıq həmin vaxt sərnişin özündə olmayıb. Hadisə yerinə dərhal Təcili Tibbi Yardım çağırılıb və ölüm faktını təsdiq edib.